Bakıda avtobus sürücüləri 30 yaşlı qadını döyərək zorlayıblar.
Gununsesi.info-nun xəbərinə görə, hadisə 4-cü mikrorayonda baş verib. Belə ki, təcavüzə məruz qalmış 30 yaşlı qadın Nəsimi Rayon Polis İdarəsinə (RPİ) müraciət edərək bildirib ki, o, 65 nömrəli sərnişin avtobusunda həmin avtobusun sürücüsü Camal Tağıyev ilə tanış olub. Bir neçə gün sonra isə o, C.Tağıyevin evindəki qonaqlıqda iştirak edib. Qadın yeyib-içmək məclisində tanımadığı şəxsin (sonradan onun 61 nömrəli avtobusun sürücüsü 1979-cu il təvəllüdlü Tacəddin Zeynalov olduğu aydınlaşıb) qeyri-etik hərəkətlərinə etiraz edib.
Bundan sonra sürücülər həmin qadını zorlayıblar. Hadisə yerinə Nəsimi RPİ-nin 19-cu Polis Bölməsinin əməkdaşları gəlib.
Hazırda fakt üzrə Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 149.2.1-ci (zorlama, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Hər iki şəxs həbs edilib.
Gununsesi.info