Avtobus sürücüsünə yol qəzasına görə 7 il 6 ay həbs

Avtobus sürücüsünə yol qəzasına görə 7 il 6 ay həbs

39 saylı marşrut avtobusunun sürücüsü hakim Saatova martın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunub.

Gununsesi.info xəbər verir ki, ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən 40 yaşlı Hakim Saatov 7 il 6 ay azadlıqdan məhrum edilib. O, qəzanı törətməklə yanaşı, həm də hadisə yerindən qaçmaqda təqsirli bilinib.

Hadisə ötən ilin sentyabrında Yasamal rayonu ərazisində baş verib. Rəsmi məlumata görə, Saatov Hakim Aslan oğlu 39 saylı marşrut üzrə idarə etdiyi “Daewoo” markalı 99-XV-274 dövlət nömrə nişanlı avtobusla Bakı şəhəri, A. Şərifzadə küçəsində yolun kənarında dayanmış piyada Əsgərova Günel Adəm qızını vurub. Nəticədə piyada aldığı bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişib.

H.Saatova Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə ittiham verilib.

Gülər

COMMENTS