Avtobus sürücüsünü döyənlərdən daha biri saxlanıldı

  • By Admin2
  • 21 Mart 2025 13:44

Avtobus sürücüsünə hücum edən şəxslərdən daha biri tutulub.

Bu barədə Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin əməkdaşı Elbrus İbrahimov məlumat verib.

DİN rəsmisi qeyd edib ki, martın 12-də Abşeron rayonu ərazisində marşrut avtobusu sürücüsünə xuliqanlıq hərəkətləri etməkdə təqsirləndirilən qrupun digər üzvü 35 yaşlı Toğrul Rəfizadə də polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Hazırda araşdırmalar davam etdirilir.

Gununsesi.info