Avtobus yük maşını ilə toqquşdu - YARALILAR VAR

  • By admin
  • 13 Oktyabr 2017 08:30

qeza_0235

Bakıda avtobus yük maşını ilə toqquşub, xəsarət alanlar var. 

Gununsesi.info xəbər verir ki, qəza paytaxtın Sabunçu rayonunun Zabrat qəsəbəsində baş verib. 163 saylı marşrut xətti üzrə hərəkət edən “Daevoo” markalı avtobus  “Howo” markalı yük maşını ilə toqquşub.

Qəza nəticəsində avtobusdakı 4 nəfər xəsarət alıb. Onlar 3 saylı şəhər klinikasına yerləşdirilib.

İlkin tibbi yardımdan sonra xəsarət alan şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

Gununsesi.info