Avtobusda cibgirlik edən şəxs tutuldu

  • By admin
  • 21 Noyabr 2016 15:32

cibgir

Avtobuslarda cibgirlik edən şəxs saxlanılb.

Gününsəsi.info xəbər verir ki, Abşeron rayon polis idarəsinin cinayət axtarış şöbəsinin əməkdaşları rayon ərazisində avtobuslarda cibgirliklə məşğul olan şəxsi yaxalayıblar. İdarədə dindirilən Sumqayıt şəhər sakini 36 yaşlı Məmmədli Yaşar Kərəm oğlu həbsdən bu ilnn aprel ayında çıxdığını bildirib.Yaşarın sözlərinə görə əvəllər narkotik maddələrin qanunsuz dövriyyəində təqsirli bilinərək iki dəfə  məhkumluq həyatı yaşayıb. O, azadlığa çıxdıqdan sonra narkotik maddələri qəbul etməkdə davam edib. Bunun üçün maddi vəsaitə ehtiyyacı olan Yaşar  cibgirlik etmək qərarına gəlib. Saxlanılan Yaşar həbsdən çıxdıqdan sonra 2 dəfə cibgirlik etməsini bildirsə də polis  onun başqa oğurluq hadisələrində iştirakını da istisna etmir. Abşeron polisi Yaşar Məmmədlinin əməlindən zərərçəkən vətəndaşlardan bu barədə daxili işlər Nazirliyinin 102 zəng mərkəzinə məlumat vermələrini xahiş edir. Narkotikaya görə dəfələrlə həbs yatdığını deyən Yaşar  cəzasını çəkəndən sonra bu bəladan uzaq duracağını bildirib. Faktla bağlı başşlanan cinayət işi üzrə araşdırmalar davam edir.

Gününsəsi.info