Avtobusda unudulan uşaq ölü tapıldı - FOTO+VİDEO

  • By admin
  • 11 Noyabr 2017 13:48

Türkiyədə İzmirin Çiğli qəsəbəsində, uşaq bağçasında unudulan 3 yaşlı Alperen Sakinin ölümüylə bağlı qalmaqallı görüntülər ortaya çıxıb.

Gununsesi.info-nun milli.az-a istinadən verdiyi məlumata görə, Alperen və yoldaşlarını gətirən servis avtobusunun saat 08:08 radələrində bağçanın önünə göründüyü kadrlarda əks olunub.

Bağçada olmadığı saatlar sonra müəyyən edilən Alperenin cansız bədəninin 17:01-də bir səlahiyyətli şəxsin qollarında binanın içinə gətirildiyi üzə çıxıb. Görüntüdə məktəbin içində 2 dəqiqə 41 saniyə saxlanılan Alperenin bu dəfə 17:03-də üzərinə çarşab örtülü şəkildə çıxarılıb xəstəxanaya aparıldığı əks olunub.

15 avqustda baş verən olayda Serkan Sakin ilə Buket Sakin övladları Alperen Sakini bağçaya aparmaq üçün 47 yaşlı servis sürücüsü T.İ. ilə cavabdeh personal D.K.-ya təhvil veriblər. Uşaqlar maşından düşürüldüyü zaman D.K. ağlayan bir uşağı götürərək bağçaya daxil olub. Avtobusda yatan Alpereni unudan sürücü avtobusu bağçanın yanındakı avtoparkda saxlayıb. Alperenin bağçada olmadığını saatlar sonra bilən müəllimlər və tərbiyəçilər həyəti axtarmağa başlayıb. Axtrarış nəticə verməyincə bağçanın təhlükəsizlik kamerasının görüntülərini izləyiblər. Məlum olub ki, Alperen bağçaya heç girməyib. Bundan sonra bağçanın avtobusuna baxan səlahiyyətlilər, azyaşlı Alperenin oturduğu qoltuqda cansız bədənini tapıblar. Bağça səlahiyyətliləri polisə verdikləri ilk ifadədə həqiqəti gizlədiblər. Belə ki, onlar polisə Alpereni yatmaq vaxtında yatırtdıqlarını, yuxudan ayılmayınca xəstəxanaya apardıqlarını deyiblər.

Sürücü T.İ. ilə bağça müdürü Y.İ. həbs edilib.

Gununsesi.info