Avtobuslarda da mümkün oldu

  • By admin
  • 09 Aprel 2018 18:19

Bakıda 18 saylı marşrut xətti ilə hərəkət edən “Xaliq Faiqoğlu” şirkətinə məxsus “BMC Procity” avtobuslarında mobil qurğuların enerji ilə yüklənməsi üçün USB portlar quraşdırılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə şirkətdən məlumat verilib. Portlar salonda tutacaqlar üzərində yerləşdirilib. Hər avtobusda iki standart USB portu olan 4 qurğu yerləşdirilib. Əlavə olunub ki, daha bir “BMC Procity” avtobusu 61 saylı marşrutla hərəkət edir.

Bundan başqa, şirkətə məxsus 18, 65, və 61 saylı marşrutlarda pulsuz “Wi-Fi” xidməti mövcuddur. Gələcəkdə bu xidmət digər marşrutlarda da tətbiq olunacaq.

Gununsesi.info