Avtobusu isitmək üçün qaz balonu yandırdı -VİDEO

Sosial şəbəkədə marşrut avtobusunda qaz balonunun yandırılması ilə bağlı görüntülər yayılıb.

Gununsesi.info xəbər verir ki, görüntülərin Cəlilabad rayonunda çəkildiyi iddia edilir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Avtosfer.az-a bildirilib ki, məsələ araşdırılıb və sürücünün kimliyi müəyyən olunub. Qeyd olunub ki, “Mercedes Benz” markalı, 10-OG-584 dövlət nömrə nişanlı mikroavtobusun sürücüsü Bağırov Yaşar Bağır oğludur. Onun barəsində müvafiq tədbir görülüb.

Sürücünün sözlərinə görə, qaz balonu mikroavtobusa əyləşən sərnişinlərdən birinə aiddir və balonu salonun isti olması üçün yandırıb. Buna baxmayaraq, belə təhlükəli hərəkətin təkrar baş verməməsi üçün sürücü dərhal xətdən kənarlaşdırılıb.

Gununsesi.info