
Haitidə silahlı şəxslər sərnişin avtobusunu qaçırdaraq oradakı 50 nəfəri girov götürüb.
Gununsesi.info xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Bildirilib ki, nəqliyyat vasitəsi Le-Ke şəhərindən paytaxt Port-o-Prensə doğru hərəkət edirmiş. Quldurlar girovların bir qisminə qarşı soyğunçuluq etdikdən sonra onları sərbəst buraxıb. Digərlərini isə 500 min dollar qarşılığında azadlığa buraxacaqlarına söz veriblər.
Hələ ki, ölkənin hüquq-mühafizə orqanları məsələ ilə bağlı açıqlama verməyib.
Gununsesi.info