
Ekvadorda avtobusun aşaraq yanması nəticəsində azı 14 nəfər ölüb.
Gununsesi.info-nun TASS-a istinadən verdiyi xəbərə görə, paytaxt Kitodan La-Man şəhərinə yollanan avtobus naməlum səbəbdən idarəetməni itirib və yoldan çıxaraq aşıb. Qəzaya düşən avtobusda yanğın baş verib.
Polis qəzanın səbəblərini araşdırır.
Ölənlərin sayının artacağı istisna olunmur.
Gununsesi.info