Avtobusun aşaraq yanması nəticəsində azı 14 nəfər ölüb - EKVADORDA

  • By admin
  • 16 İyul 2017 00:01

ekvador

Ekvadorda avtobusun aşaraq yanması nəticəsində azı 14 nəfər ölüb.

Gununsesi.info-nun TASS-a istinadən verdiyi xəbərə görə, paytaxt Kitodan La-Man şəhərinə yollanan  avtobus naməlum səbəbdən idarəetməni itirib və yoldan çıxaraq aşıb. Qəzaya düşən avtobusda yanğın baş verib.

Polis qəzanın səbəblərini araşdırır.

Ölənlərin sayının artacağı istisna olunmur.

Gununsesi.info