Avtobusun oturacağında narkotik vasitə aşkar edilib

  • By admin
  • 09 Yanvar 2017 14:41

avto-narko
İran İslam Respublikasının vətəndaşı ölkəmizə narkotik vasitə keçirmək istəyərkən tutulub.

Dövlət Gömrük Komitəsindən Gununsesi.info-ya verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn İran vətəndaşının idarə etdiyi sərnişin avtobusuna kinoloji xidmət itinin tətbiqi ilə baxış keçirilib.

Baxış zamanı, xidməti itin reaksiyasına əsasən, avtobusun sərnişin oturacağının üzlüyünün altından bir bükümdə, xalis çəkisi 24,878 qram olan narkotik vasitə – qurudulmuş marixuana aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Anar

Gununsesi.info