Sabirabad rayonunda yol-nәqliyyat hadisәsi baş verib.
Gununsesi.info-nun APA-ya istinadən verdiyi mәlumata görә, hadisә rayonun Şıxsalahlı kәndindә qeydә alınıb.
“Mercedes ” markalı avtomaşın velosipedçi, Hacıqabul rayon sakini, 2005 -ci il tәvәllüdlü Mehdiyev Elməddin Mətləb oğlunu vurub. O, Şirvan şәhәr xәstәxanasına yerlәşdirilib, vәziyyәti ağırdır.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info