
Bu gün axşam saatlarında Siyəzəndə yol qəzası baş verib.
Gununsesi.info apa-ya istinadən xəbər verir ki, qəza Bakı–Quba–RusiyaFederasiyası dövlət sərhədi avtomobil yolunun 92-ci km-də qeydə alınıb.
Məlumata əsasən, 99 ZE 980 dövlət nömrə nişanlı avtomobil maneəyə çırpılaraq aşıb. Qəza nəticəsində 3 nəfər xəsarət alıb. Onlar 1969-cu il təvəllüdlü Şeydayeva Gülnaz Ramazan qızı, 1969-cu il təvəllüdlü Şirinova Şahnabad Sabir oğlu və 1966-cı il təvəllüdlü Həsrət Hacımuradovdur.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info