
Bakıda minik avtomobili aşıb.
Gununsesi.info bildirir ki, Suraxanı rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Zığ-Hövsan yolunda qeydə alınıb. 47 yaşlı Azər Dadaşlı idarə etdiyi “Land Cruiser” markalı avtomobili aşırıb. Nəticədə sürücü və avyomobildə olan ailə üzvləri – Tahirə Dadaşlı və 12 yaşlı Ağa Dadaşlı xəsarətlə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info