Avtomobil at arabasını vurdu, 6 nəfər xəsarət aldı

  • By admin
  • 12 Avqust 2016 00:16

e098a8401e1d36577e4f9bb92e3c7a1d

Şəmkirdə 6 nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib.

Gununsesi.info-nun APA-nın qərb bürosuna istinadən verdiyi məlumata görə, hadisə Kür qəsəbəsinə gedən yolda qeydə alınıb. Naməlum avtomobil yol ilə hərəkət edən at arabasını vuraraq hadisə yerindən uzaqlaşıb.

Qəza zamanı arabada olan 1988-ci il təvəllüdlü Mətləb Məmmədov, onun həyat yoldaşı, 1990-cı il təvəllüdlü  Tərlan Məmmədova, övladları 6 yaşlı Uğur, 2 yaşlı Ayşən və onların qohumları 2001-ci il təvəllüdlü Aidə Məmmədova və 2007-ci il təvəllüdlü Rauf Məmmədov müxtəlif bədən xəsarətləri alaraq Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Onlardan bir nəfərin vəziyyətinin ağır, digərinin vəziyyətinin isə orta ağır olduğu bildirilir.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.

 Gununsesi.info