Göygöldə ağır yol qəzası baş verib. Gununsesi.info xəbər verir ki, hadisə rayonunun Qırıqlı kəndinə qeydə alınıb. Şəmkir rayon sakini, 73 yaşlı Ağaməhəmməd Allahverdiyev idarə etdiyi “Lada 014” markalı avtomobili ilə qəfil idarəetməni itirib və nəticədə avtomobil dərəyə aşıb. Qəza zamanı sürücü Ağaməhəmməd Allahverdiyev hadisə yerindəcə ölüb. Avtomobil isə deformasiyaya uğrayıb.
Faktla bağlı araşdırma aparılır.