Avtomobil elektrik dirəyinə çarpılaraq yandı

  • By admin
  • 07 İyun 2022 09:44

Tovuz rayonunun Qovlar şəhərində “VAZ” markalı minik avtomobili yol kənarındakı elektrik dirəyinə çarpılıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Nəticədə avtomobilin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Gununsesi.info