Avtomobil mağazaya çırpıldı - FOTO

  • By admin
  • 08 İyul 2016 12:40

avto2

Bu gün səhər saatlarında Gəncə şəhərində qəza baş verib. Gununsesi.info xəbər verir ki, avto qəza şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Şəhər sakini 31 yaşlı Şərəf Əliyev idarə etdiyi “Lada Priora” markalı avtomobili yolun kənarındakı meyvə-tərəvəz mağazasına çırpıb. Nəticədə sürücü müxtəlif bədən xəsarətləri alaraq, Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan sürücünün  vəziyyətinin orta-ağır olduğu bildirilir. Əraziyə yol patrul xidmətinin əməkdaşları gələrək müayinlər aparılıb. Faktla bağlı Gəncə şəhər Baş Polis idarəsində araşdırma aparılır.

 

avto

 

avto1

 

avto3

Gununsesi.info