
Gəncədə bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Gununsesi.info-nun məlumatına görə, hadisə şəhərin 28 may küçəsində qeydə alınıb. Hərəkətdə olan avtomobilin idarəetmədən çıxaraq yolun kənarında olan maneəyə çırpılması nəticəsində şəhər sakini, 1995-ci il təvəllüdlü Həsənov Kamal Əlövsət oğlu müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
Gununsesi.info