
Ağdamda avtomobil motosikletlə toqquşub.
Gununsesi.info-nun APA-nın Qarabağ bürosuna istinadən xəbərinə görə, hadisə rayonun Baharlı qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Əliağa Həsənovun idarə etdiyi motosikletlə qarşıdan gələn “VAZ – 21011” markalı avtomobil toqquşub. Nəticədə motosikletdəki sərnişin, 1965-ci il təvəllüdlü Vaqif Məmmədov ağır bədən xəsarəti alaraq, Ağdam Mərkəzi Rayon xəstəxanasına yerləşdirilib.
Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları avtomobilin sürücüsünün kimliyini araşdırır.
Gununsesi.info