Yanvarın 10-da avtomobil qaçırmaqda şübhəli bilinən Sabirabad rayon sakinləri saxlanılıblar.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi və Yasamal Rayon Polis İdarəsinin 29-cu polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 10-da Cəfər Cəfərova məxsus “VAZ-2106” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Sabirabad rayon sakinləri, əvvəllər məhkum olunmuş Elvin Məmmədov və Həsənağa Bayramnov saxlanılıblar.
Anar
Gununsesi.info