Avtomobil oğruları tutulublar

  • Müəllif: admin
  • 09 Sentyabr 2017 12:24

masin_ogrusu_018
Bakı şəhər sakininin avtomobilini qaçırmaqda şübhəli bilinən şəxslər tutulublar.

Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 2-də Bakı şəhər sakini Eldar Qurbanovun “VAZ-2107” markalı avtomobili Yasamal rayonu ərazisindən qaçırılıb.

DİN-in Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən qaçırılan avtomobilin Quba rayonunun Qırız Dəhnə kəndində olması müəyyən edilib.

Quba rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirlərilə hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Anar Musayev və Ağsu rayon sakini, əvvəllər məhkum olunmuş Sərxan Hüseynov tutulub və avtomobillə birgə Yasamal rayon Polis İdarəsinin 29-cu polis bölməsinə təhvil verilib.

Anar
Gununsesi.info