Avtomobil oğurlamaqda təqsirləndirilən şəxslər yaxalanıb

  • By admin
  • 03 Yanvar 2018 11:43

Beyləqanda avtomobil oğurlamaqda təqsirləndirilən şəxslər saxlanılıb.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Gununsesi.info-ya verilən xəbərə görə, Beyləqan rayon sakini Eldəniz Qarayevə məxsus “VAZ-21074” markalı maşının yük yerindəki 5600 dəyərində olan qızıl-zinət əşyalarını maşınla birlikdə qaçırmağa cəhd edən rayon sakini Teymur İsgəndərov tutulub.

Araşdırma zamanı T. İsgəndərovun əlbir olduğu şəxs də müəyyənləşdirilib və saxlanılıb. Bakı şəhər sakini Eknur Ağaşirinli şübhəli şəxs qismində Beyləqan RPŞ-yə gətirilib. Dindirilmə zamanı onlar törətdiyi cinayət əməlini etiraf ediblər.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Gununsesi.info