Avtomobil oturacağının altından görün nə çıxdı? - GÖMRÜK ƏMƏLİYYATI (FOTO)

  • By admin
  • 23 Dekabr 2017 10:58
Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi “VAZ 21065” markalı minik avtomobilinə gömrük baxışı keçirilib.
Bu barədə Gununsesi.info DGK-dan məlumat verilib.
Məlumata görə, yoxlama zamanı, avtomobilin qapılarının içində və arxa oturacağın altında gömrük nəzarətindən gizlədilən 380 qutu pirotexniki vasitə və 50 ədəd fişəng aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info