
Almaniyanın paytaxtı Berlində avtomobil piyadaları vurub, nəticədə ana və uşaq ağır xəsarət alıb.
Gununsesi.info xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.
Hazırda həm ana, həm də uşaq reanimasiyadadır. Onların vəziyyəti kritik qiymətləndirilir.
İlkin məlumata görə, avtomobil birbaşa uşaq arabasında övladını aparan qadına çırpılıb.
Avtomobilin sürücüsünün də ciddi xəsarət aldığı bildirilir.
Polis əlavə məlumat verməyib. Qəzanın baş verdiyi küçədə nəqliyyatın hərəkəti kəsilib.
Gununsesi.info