Avtomobil qaçıran şəxs saxlanılıb

  • By admin
  • 26 May 2017 12:18

ogru

Sabunçu rayon sakininə məxsus avtomobili qaçıran şəxs saxlanılıb.

Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, mayın 23-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində yerləşən avtoyuma məntəqələrindən birində orada işləyən Bakı şəhər sakini Saleh Həmidli qəsəbə sakini Mayis Məmmədova məxsus “Priora” markalı avtomobili qaçırıb.

O, avtomobili qəsəbə ərazisində idarə edərkən maneəyə vurub, xəsarət alan olmayıb.

Qeyd edək ki, S.Həmidli Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsi əməkdaşları tərəfindən saxlanılıb.

Anar

Gununsesi.info