Avtomobil qaçıran şəxs saxlanılıb

  • By admin
  • 19 İyul 2017 12:17

ogru
Avtomobil qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini saxlanılıb.

Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, iyulun 19-da saat 1.00 radələrində naməlum şəxs Nəsimi rayonu ərazisində Balakən rayon sakini Elçin Dəmirovun idarə etdiyi “Opel” markalı avtomobilə sərnişin qismində oturub Qobustan qəsəbəsinə gedəcəyini bildirib. Qobustan qəsəbəsi ərazisində həmin şəxs sürücünü aldadaraq düşürüb və avtomobili qaçırıb.

Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil Şamaxı rayonu ərazisində saxlanılıb, onu qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elnur Baxışovla birgə Şamaxı Rayon Polis Şöbəsinə təhvil verilib.

Anar
Gununsesi.info