Avtomobil qaçırmaqda şübhəli bilinən paytaxt sakini saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, yanvarın 6-da paytaxtın Nizami rayonu ərazisində Bakı şəhər sakini İbrahim Qədimova məxsus “Azsamand” markalı avtomobil qaçırıb.
Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinin və Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Ramin Əliyev Mərdəkan qəsəbəsi ərazisində saxlanılıb.
Anar
Gununsesi.info