Avtomobil qaçıran şəxs tutulub

  • By admin
  • 27 Aprel 2017 13:45

masin_ogrusu_018
Avtomobil qaçırmaqda şübhəli bilinən Bərdə rayon sakini saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, aprelin 26-da Kürdəmir rayonunun Çöl-Ərəb kəndi ərazisindən rayon sakini İlkin Allahyarlıya məxsus “VAZ-21074” markalı avtomobil qaçırılıb.

Dərhal həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bərdə rayon sakini Mənsur Orucov Zərdab rayonu ərazisində Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb və Kürdəmir Rayon Polis Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Anar

Gununsesi.info