Avtomobil qaçıran şəxs saxlanıldı

  • By admin
  • 05 İyun 2021 19:06

Sabirabadda avtomobil qaçıran şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, iyunun 4-ü gecə saatlarında Sabirabad rayonu Yenikənd kənd sakini M.Allahverdiyev DİN-in “102 Zəng Mərkəzi”nə müraciət edərək ona məxsus “Niva” markalı avtomobilinin qaçırıldığı barədə məlumat verib.

Məlumatla əlaqədar Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin nəqliyyat vasitəsinin rayon ərazisində tapılması təmin olunub.

Faktla bağlı Sabirabad RPŞ-də araşdırmalar aparılır.

Gununsesi.info