Avtomobil qaçıranlar ələ keçdi

  • By admin
  • 13 Dekabr 2016 13:10

avtomobil_ogrusu_01888888

Avtomobil qaçırmaqda şübhəli bilinən Bərdə şəhər sakinləri həbs olunub.

Daxili İşlər Nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə, Qaradəmirçi kənd sakini Vaqif Fətullayev Bərdə rayon polis şöbəsinə (RPŞ) müraciət edərək bildirib ki, iyun ayında “Mercedes” markalı avtomobilini təmir üçün Sadiq adlı ustaya verib. Dekabrın 11-də təmir sexinə gəldikdə avtomobilin usta tərəfindən qaçırılmasını müəyyən edib.

Bərdə RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakinləri Sadiq Qələndərov və Seymur Məmmədov tutulub.

S.Qələndərovdan 9,28 qram, S.Məmmədovdan isə 9,18 qram marixuana götürülüb.

Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların dekabrın 10-dan 12-dək olan müddətdə Bərdə şəhəri ərazisində 3 avtomobildən akkumlyator oğurlamaları da müəyyən edilib.
Anar
Gununsesi.info