Avtomobil qaçıranlar saxlanıldı

  • By admin
  • 22 Mart 2021 14:35

Şabran Rayon Polis Şöbəsinə (RPŞ) martın 21-nə keçən gecə şəhər ərazisindən A.Kərimova məxsus QAZ-3110 markalı avtomobilin qaçırılması barədə müraciət daxil olub.

DİN-dən Gununsesi.info-ya verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz tədbirlərlə avtomobil qısa müddətdə tapılmış, nəqliyyat vasitəsi qaçırmaqda şübhəli bilinən rayon sakini E.Rüstəmov müəyyən edilərək saxlanılıb.

Bundan başqa Goranboy RPŞ-yə martın 20-də Xanqərvənd kənd sakini F.Əhmədovun VAZ-2106 markalı avtomobilinin kənd ərazisindən qaçırılması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsi qaçırmaqda şübhəli bilinən rayon sakini E.Nəsibli avtomobillə birgə saxlanılıb.

Eyni zamanda Qusar RPŞ-yə martın 21-də Aşağı İmamqulukənd kəndi ərazisindən kənd sakini G.Quliyevaya məxsus VAZ-21099 markalı avtomobilin qaçırılması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz tədbirlərlə avtomobil qısa müddətdə tapılmış, nəqliyyat vasitəsi qaçırmaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş R.Mirzəliyev müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Gununsesi.info