Bakı şəhər sakininə məxsus “VAZ-21074” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Astara rayon sakini saxlanılıb.
Gununsesi.info-nun Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən verdiyi xəbərə görə, yanvarın 3-də Nərimanov rayonunun Daş karxanası yaşayış sahəsindən Bakı şəhər sakini Araz Hacıəliyevə məxsus “VAZ-21074” markalı avtomobil qaçırılıb. Nərimanov Rayon Polis İdarəsi Dövlət Yol Polisi şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil saat 03 radələrində Ə.Əliyev küçəsində saxlanılaraq müvəqqəti duracağa yerləşdirilmiş, hadisəni törətməkdə şübhəli bilinən Astara rayon sakini Şamo Əlizadə 17-ci PB-yə təhvil verilib.
Anar
Gununsesi.info