Avtomobil qaçırmaqda şübhəli bilinən şəxs tutulub

  • By admin
  • 18 May 2017 11:51

masin_ogrusu_018

Mayın 14-də Nəsimi rayonu ərazisindən qaçırılmış “VAZ-2107” markalı avtomobili qaçırmaqda şübhəli bilinən şəxslər Beyləqan rayonu ərazisində tutulublar.

Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, mayın 16-da Beyləqan rayonu ərazisində idarə edilən “VAZ-2107” markalı avtomobil şübhə doğurduğundan RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalar zamanı qeyd edilən avtomobilin Samir Şirinova məxsus olması və mayın 14-də Nəsimi rayonu ərazisindən qaçırılması müəyyən edilib. Hadisəni törətməkdə şübhəli bilinənlər – Beyləqan rayon sakinləri, əvvəllər məhkum olunmuş Kənan Əsgərzadə və Səbahəddin Babalı tutulublar.

Onlar izahatlarında qeyd edilən avtomobilin dövlət qeydiyyat nişanlarını tullamalarını bildiriblər.

Anar

Gununsesi.info