Avtomobil qaçırmaqda şübhəli bilinən şəxs tutulub

  • By admin
  • 20 İyul 2017 12:34

ogru

Avtomobil qaçırmaqda şübhəli bilinən Gədəbəy şəhər sakini saxlanılıb.

Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, iyulun 18-də Gədəbəy şəhəri ərazisindən şəhər sakini Elçin Rəşidliyə məxsus “VAZ-2107” markalı avtomobil qaçırılıb.

Belə ki, avtomobil Gəncə şəhəri ərazisində əzilmiş vəziyyətdə tapılıb.

Gədəbəy Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmyerlisi Turxan Əliyev saxlanılıb.

Anar
Gununsesi.info