Avtomobil qaçırmaqda şübhəli bilinən şəxs tutulub

  • Müəllif: admin
  • 13 İyul 2017 13:30

hebs_01452

Avtomobil qaçırmaqda şübhəli bilinən Sahil qəsəbə sakini tutulub.

Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsinin 38-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 9-da Elşən Tağızadəyə məxsus “Mercedes” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Sahil qəsəbə sakini Elnur Binyətov tutulub.

Anar

Gununsesi.info