Avtomobil radar dirəyinə çırpıldı: 1 ÖLÜ 1 YARALI

  • By admin
  • 14 İyun 2017 11:54

vaz-2107-qeza-vaz2107-qeza-07-qeza

Ağstafa rayonunda minik avtomobili radar dirəyinə çırpılıb.

Gununsesi.info – nun Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə dünən saat 08.00 radələrində rayonun Dağkəsəmən kəndində baş verib.

Bakı şəhər sakini İntiqam Abbasov idarə etdiyi VAZ-2107 markalı avtomobili yolun kənarında quraşdırılan sürətölçən cihazın (radar) dirəyinə vurub. Nəticədə sürücü və sərnişinləri – Bakı şəhər sakini Rusif Eyvazov və Lənkəran rayon sakini Hüseyn Rəhimov xəsarət alıblar.

Onlar xəstəxanaya yerləşdirilib. H. Rəhimov orada ölüb.

Gununsesi.info