Avtomobil yolu keçmək istəyən kişini vurub

  • By admin
  • 06 Mart 2017 08:35

avtomobil adam vurdu

Tovuzda piyadanı avtomobil vurub. Gununsesi.info APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Əlimərfanlı kəndində qeydə alınıb.

Kənd sakini, 1972-ci il təvəllüdlü Fikrət Əliyev yolu keçmək istəyərkən hərəkətdə olan avtomobillə vurulub.

Yaralı Tovuz rayon Mərkəzi xəstəxanaya yerləşdirilib. Ona qapalı kəllə beyin travması diaqnozu qoyulub.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.

Gununsesi.info