Avtomobildən oğurluq edənlər saxlanıldı

  • By Günel
  • 04 Fevral 2025 21:39

Sumqayıt şəhəri 13-cü mikrorayon ərazisində “Mersedes” markalı avtomobildən 300 manat pul və bank kartının oğurlanması barədə polisə məlumat daxil olub.

Gununsesi.info xəbər verir ki, Sumqayıt ŞPİ 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş R.Bayramov saxlanılıb.

Araşdırmalarla saxlanılan şəxsin oğurladığı bank kartından alış-veriş etməsi də müəyyən olunub.

Gununsesi.info