
Avtomobilin gizli saxlanc yerlərində pirotexniki vasitələr aşkar edilib.
Dövlət Gömrük Komitəsindən Gununsesi.info-ya verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük posrtunun idxal nəzarəti zonasına Gürcüstan Respublikası istiqamətindən daxil olan minik avtomobilinə gömrük baxışı keçirilib. Yoxlama zamanı Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi avtomobilin gizli saxlanc yerlərində 1020 ədəd pirotexniki vasitələr aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Anar
Gununsesi.info