Avtomobildən narkotik vasitələr aşkar edilərək götürülüb

  • By admin
  • 18 Avqust 2017 12:04

marixuana

Bakı şəhər sakinindən metamfetamin həbləri, idarə etdiyi avtomobildən isə marixuana aşkar edilərək götürülüb.

Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Hüseyn Mirzəyevdən 22,730 qram metamfetamin həbləri götürülüb.

Onun idarə etdiyi “VAZ-2121” markalı avtomobilə baxış zamanı isə 225 qram marixuana aşkar edilərək götürülüb.

Anar

Gununsesi.info