Avtomobili qaçıraraq qəza törətdi

  • By admin
  • 24 İyun 2017 12:16

masin_ogrusu5

Avtomobil qaçıraraq qəza törətməkdə şübhəli bilinən paytaxt sakinləri olan 2 yeniyetmə aldıqları xəsarətlə xəstəxanaya yerləşdiriliblər.

Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, iyunun 23-də paytaxtın Nizami rayonu B.Nuriyev küçəsindən Bakı şəhər sakini Aqil İbayevə məxsus “Mercedes” markalı avtomobil qaçırılıb və Naxçıvanski küçəsində idarə edilərkən yol ayırıcısına vurulub.

Hazırda faktla bağlı Nizami Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Anar
Gununsesi.info