Avtomobilin təkərlərində pirotexniki vasitələr tapıldı - VİDEO

  • By admin
  • 07 Noyabr 2017 15:58

Avtomobilin hərəkətdə olan təkərlərinə yerləşdirilmiş pirotexniki vasitələr aşkar edilib.

Dövlət Gömrük Komitəsindən Gununsesi.info-ya verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Gürcüstandan gələn Gürcüstan vətəndaşının idarə etdiyi “Mersedes Benz 300D” markalı minik avtomobilinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı avtomobilin təkərlərindəki şinlərin içərisindən gömrük nəzarətindən gizlədilən 3840 ədəd “SFA-100 M50” markalı pirotexniki vasitələr aşkar edilib.

Qeyd edək ki, fakt üzrə aşkar edilən pirotexniki vasitə yüksək səs-küylə müşayiət olunan partlayış törədir və ətrafa ciddi ziyan verə biləcək potensiala malikdir. Bununla belə, partlayıcı xassəyə malik bu predmeti avtomobilin hərəkətdə olan təkərlərinin içinə yerləşdirərək, onu idarə etmək və həmin avtomobillə insanların kütləvi şəkildə toplaşdığı yerlərdən keçmək onlarla insanın da həyatını təhlükə altında qoymaqdır.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info