
Sabunçu qəsəbəsi ərazisində “KamAZ” markalı avtomobillə paytaxt sakini Q.Əliyeva vurulub.
Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, cari il iyul ayının 5-də Sabunçu qəsəbəsi ərazisində Bakı şəhər sakini Elnur Yunusov idarə etdiyi “KamAZ” markalı avtomobillə paytaxt sakini Qəmərzə Əliyevanı vurub.
Belə ki, qadın sentyabrın 7-də yaşadığı evdə ölüb.
Sabunçu rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Anar
Gununsesi.info