Avtomobilin vurduğu piyada hadisə yerində ölüb

  • By admin
  • 09 Sentyabr 2017 11:36

piyada_olumu_4777

Abşeron rayonu ərazisində “VAZ-21074” markalı avtomobillə yolu keçən 45-50 yaşlı kişi vurulub.

Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 8-də saat 22 radələrində Abşeron rayonu ərazisində Hafiz Məhərrəmov idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yolu keçən 45-50 yaşlı kişini vurub və nəticədə piyada hadisə yerində ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Anar

Gununsesi.info