Avtomobilin vurduğu piyada hadisə yerində ölüb 

  • By admin
  • 11 Sentyabr 2017 12:45

piyada_olumu_4777

Sabunçu rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.  

Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 11-nə keçən gecə Sabunçu rayonu ərazisində İmişli rayon sakini Müşviq Mikayıl idarə etdiyi “Mitsubishi” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Malik Rəcəbovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Anar

Gununsesi.info