Avtomobilin vurduğu piyada hadisə yerində ölüb

  • By admin
  • 05 İyul 2017 12:52

avtomobil adam vurdu

Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.  

Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, iyulun 5-də saat 2 radələrində Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində Seyid Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Quba rayon sakini Səxavət Heybətovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Anar

Gununsesi.info