Avtomobilində “Kalaşnikov” gəzdirən şəxs tutuldu -FOTO/VİDEO

Sabunçu RPİ-nin keçirdiyi əməliyyat tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Azad Aslanov saxlanılıb.

Gununsesi.info  DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, onun üzərindən və Maştağa qəsəbəsində yerləşən evindən 3 kiloqrama yaxın heroin aşkar olunub. Azad Aslanov narkotk vasitələri satmaq məqsədilə əldə etdiyini bildirib.

Həyata keçirilən daha bir əməliyyatla avtomobilində qanunsuz olaraq odlu silah-sursat saxlayan şəxs tutulub. Əməliyyat zamanı Rəşad Rəşidov Bilgəh qəsəbəsi ərazisində saxlanılıb və onun idarə etdiyi “VAZ 21014” markalı avtomobilə baxış keçirilib. Nəqliyyat vasitəsinin yük yerindən həmin şəxsə məxsus 1 ədəd “Kalaşnikov” markalı avtomat, sandıqça və 3 ədəd patron aşkar olunub.

Faktlarla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.

Gununsesi.info