Avtomobilini kirayə verdi, başına iş açdı - ŞİRKƏT VƏTƏNDAŞA KƏLƏK GƏLİR - VİDEO

  • By admin
  • 06 Aprel 2017 21:38

masini kiraye verdi

Müqavilə ilə icarəyə verdiyi avtomobilinə ciddi ziyan dəyib. İndi isə icarə şirkəti təmir xərcini ödəmir.

Gununsesi.info-nun xezerxeber.az-a istinadən verdiyi məlumata görə, Bakı sakini Ədalət İsmayılov fevral ayının 10-da minik avtomobilini notarial qaydada 10 günlük müddətə avto icarə sahəsində fəaliyyət göstərən “YİM” Məhdud Məsuliyyətli Cəmiyyətə verib. Bu proses Tahir Kərimov və Amid adlı şəxslərin vasitəçiliyi ilə baş tutub. Onlar Ədalət İsmayılovla şirkətin əməkdaşını görüşdürərək etibarnaməni imzalatdırıblar. Sonra isə maşın başqa bir şəxsə kirayə verilib.

Avtomobil isə şirkət tərəfindən fərdi şəxslərə kirayə verilib. Həmin vaxt maşına ciddi ziyan dəyib.

Şirkətlə Ədalət İsmayılov arasındakı razılaşmaya əsasən avtomobil sahibinə təhvil verilənə qədər günlük 130 manat ödənilməli idi. Lakin 10 günün pulu ödənilib. Əslində isə maşın 2 aya yaxındır ki, kirayə şirkətindədir. Bundan əlavə maşının təmirinə xərclənən vəsaiti də verməkdən boyun qaçırırlar.

Maraqlısı odur ki, müqavilələr yarımçıq yazılıb və heç bir imza, qeyd aparılmayıb. Üstəlik, etibarnamədə və müqavilələrdə göstərilən ünvanda heç bir avtomobil kirayəsi şirkəti də yoxdur. Müqavilədəki nömrələrlə əlaqə saxlamaq cəhdlərimiz də baş tutmadı. Vasitəçi olan Tahir Kərimov isə “Xəzər Xəbər”ə bildirdi ki, maşının mühərriki şirkət tərəfindən təmir etdirilib. Qalan ziyan isə 700 manat məbləğində müəyyənləşdirilib və bu ayın 20-də Ədalət İsmayılova təqdim ediləcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

https://www.youtube.com/watch?v=1ziHAZaVohM&feature=youtu.be

Gununsesi.info